"Qarabağ"dan ayrılan Kadi Borges Ağdam təmsilçisi ilə vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, Rusiyanın "Krasnodar" klubuna keçən braziliyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında bunları yazıb:

"Bir gün hər şeyin bitdiyi kimi, bu mərhələ də indi bağlanır. Fikirlərimizi sözlə ifadə etmək istəsəm, sətirlə əskik olacaq. Azərbaycanda yaşadıqlarım indiyə qədər həyatımın ən çılğın və gözəl şeylərindən biri idi.

Forma geyindiyim müddətdə mənə hər şey verən, yanımda olan oyunçulara və məşqçilər heyətinə ürəkdən təşəkkür edirəm. "Qarabağ"a nə qədər təşəkkür etsəm, azdır. Hər birinizə Kadini yeni bir Kadiyə çevirdiyiniz üçün minnətdaram. Klubda etdiyim hər şeyə, 74 oyun, 28 qol, 28 məhsuldar ötürmə, liqa çempionluğu, kubok çempionu, ən yaxşı bombardir və ən yaxşı oyunçu kimi klubdan ayrılıram. Başımı dik tutumuşam.

Təsəvvür etmədiyim dərəcədə məni qucaqlayan fanatlara xüsusi təşəkkür edirəm. Həyatımda bənzərsiz bir yeriniz oldu. İndi yeni çağırışa başlayıram. Şükür edirəm. Tanrısız bunların mümkün olmadığına əminəm. "Qarabağa", oyunçulara, məşqçilərə və azarkeşlərə sevgi və sonsuz ehtiramımı bildirirəm. Yenidən görüşmək ümidilə..."

Braziliyalı yarımmüdafiəçi "Qarabağ"dan ayrılmağı ilə bağlı mətbuatda çıxan xəbərlərə də münasibət bildirib:

"Getməyimlə bağlı mediada çıxan hər şeyə inanmayın. Bunların heç biri həqiqəti demir. Bir gün hər şeyi izah edəcəyəm və sizə əslində nə baş verdiyini danışacağam".