Türkiyədə təlim-məşq toplanışında olan “Səbail”in “Legiya” ilə keçirdiyi yoxlama oyunundan sonra baş hakim rəqib komandadan üzr istəyib. 

Offsideplus.az xəbər verir ki, Polşa təmsilçisinin məşqçisi İnyaki Astiz bildirib ki, 2:2 hesabı ilə yekunlaşan qarşılaşmanı idarə edən yerli referi birinci hissədə qaydalar çərçivəsində vurduqları qolu qeydə almayıb:

“Hakim artıq çəkili olduğu üçün görüşün tempi ilə ayaqlaşa bilmirdi. Birinci hissədə vurduğumuz qolu da saymadı. Sonradan isə bu qərarına görə bizdən üzr istədi”.