İsveçrəli futbolçu Elia Alessandrini tətildə olarkən vəfat edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Futbol Liqasının rəsmi saytı məlumat yayıb. 

 İkinci divizion təmsilçisi “Lozan Uşi”nin formasını geyinən 25 yaşlı oyunçu ilə bağlı klubun açıqlamasında deyilir:

“Elia Alessandrini üçün yas tuturuq. Ailə dostunu, komanda yoldaşını və hər kəs üçün nümunə olan birini itirdik” 

Futbolçunun hovuzda çimərkən öldüyü vurğulanıb. Tətilini Omanda keçirən mərhum futbolçunun bir neçə saatdan sonra İsveçrəyə uçmalı olduğu bildirilib.