“Real”ın kapitanı Kərim Benzema "Qızıl Top" mükafatını qazanan ən yaşlı ikinci futbolçu olub.

Offsideplus.az xəbər verir ki, bu mükafata sahib çıxan ən yaşlı oyunçu İngiltərə millisinin və “Blekpul”un sabiq hücumçusu Stenli Metyuzdur. O, 1956-cı ildə 41 yaşında buna yiyələnib.

Qeyd edək ki, dekabrda 35 yaşı tamam olacaq Benzema bu göstəricidə Lionel Messini geridə qoyub (34 yaş 158 gün).