2020/2021 mövsümündə "Neftçi"nin şərəfini qorumuş Keysuke Honda əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.

"Dizimdən əməliyyat olundum. Tezliklə qayıdacam. Mümkün qədər çox oynamaq istəyirəm".

Qeyd edək ki, hazırda azad agent olan Keysuke Honda son olaraq Litvanın "Suduva" klubunun formasını geyinib.