Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının I mərhələsi üzrə “Qəbələ” - “Hayduk” (Xorvatiya) cavab oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç sabah saat 17:00-da başlayacaq.