Gənclər və idman naziri Fərid Qayıbovun son vaxtlar qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşü baş tutub.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Görüşdə idmançıları salamlayan Fərid Qaybov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik etdib. Bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb. Bunun da əsas səbəbi idmançılarımızın beynəxlalq yarışlarda qazandıqları qələbələrin sayının günbəgün artmasıdır.

Atcılıq, bədii gimnastika, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, kəmər güləşi, aba güləşi, sambo, para-badminton, stronqmen və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.