Gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüş keçirib.

Offsideplus.az xəbər verir ki, tədbirdə futbol üzrə Azərbaycan milli komandasının üzvü, “Qarabağ”ın kapitanı Maksim Medvedev "İdman ustası" fəxri adına layiq görülüb. 

Fərid Qayıbov 33 yaşlı futbolçuya müvafiq vəsiqə və döş nişanını təqdim edib.