"Başakşəhər"in yarımmüdafiəçisi Mesut Özil ikinci dəfə ata olub.

Offsideplus.az xəbər verir ki, bu barədə futbolçu rəsmi "Facebook" səhifəsində məlumat yayıb. Özil ilə həyat yoldaşı türkiyəli model və aktrisa Amine Gülşənin qız övladı dünyaya gəlib. 

Qeyd edək ki, cütlüyün birinci uşaqları da qızdır. 

309248801 672518270901196 5203828220968486409 n