"Yuventus" klubunun və Fransa millisinin futbolçusu Pol Poqbanın qardaşı Matias Poqba həbs edilib.

Offsideplus.az "Le Parisien"ə istinadən xəbər verir ki, buna səbəb fransalı ulduzun qardaşının mütəşəkkil dəstənin tərkibində hədə-qorxu ilə pul tələb etmək, sui-qəsdə cəhd kimi xoşagəlməz hadisələrin təşkilində təqsirkar bilinməsidir.

M.Poqba polis nəzarəti altında görüdüyü işləri etiraf edib.

Xatırladaq ki, daha öncə Pol Poqba sözügedən mütəşəkkil dəstənin üzvləri tərəfindən hədələndiyini bildirib. Mənbəyə görə, 29 yaşlı oyunçu qardaşının göstərişi ilə iki silahlı dəstə üzvü tərəfindən 13 milyon dollarlıq şantaja məruz qalıb.

Qeyd edək ki, yay "transfer pəncərəsində" "Yuventus"la 4 illik sözləşmə imzalayan  Pol Poqba zədə səbəbindən yaşıl meydanlardan bir müddətliyinə uzaq düşüb.