Türkiyə millisinin sabiq üzvü Arda Turan karyerasını başa vurub.

 Offsideplus.az xəbər verir ki, 35 yaşlı oyunçu bu barədə öz "İnstaqram" heasbında məlumat verib. O, son olaraq yetirməsi olduğu  "Qalatasaray"da çıxış etmişdi.

Qeyd edək ki, Arda karyerası ərzində "Manisaspor", "Başakşəhər" "Atletiko" (Madrid), "Barselona" kimi komandalarda oynayıb.