UEFA azərbaycanlı FIFA referisi İnqilab Məmmədova yeni təyinat verib.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avro Çimərlik Futbolu Liqasının (EBSL) Superfinal mərhələsinə təyinat alıb.

Qeyd edək ki, bu mərhələnin oyunları sentyabrın 8-dən 11-dək İtaliyanın Kalyari şəhərində keçiriləcək.