Gənclər və İdman Nazirliyi 4 idman obyektində rəhbər vəzifə üzrə işə qəbul elan edib.

Offsideplus.az xəbər verir ki, bunlar Gəncə, Lənkəran, Şəki və Şirvan Şəhər Tibbi-Bədən Tərbiyəsi dispanserləridir.

45 yaşadək olan ali təhsilli namizədlərdən minimum 5 il iş təcrübəsi (rəhbər işində olanlara üstünlük verilir) tələb olunur.

Vakansiya üçün tibb menecmenti, terapevt və travmatoloqlara üstünlük veriləcək.

Müraciət etmək istəyənlər sənədləri 30 sentyabr saat 12:00-dək müvafiq ünvana göndərməlidir.