2021/2022 mövsümü üzrə ən yaxşı baş məşqçi namizədlərinin adları bəlli olub.

Offsideplus.az xəbər verir ki, UEFA ötən sezonun ən yaxşı baş məşqçilərindən ibarət siyahıya 3 nəfərin adını əlavə edib: Karlo Ançelotti ("Real"), Pep Qvardiola ("Mançester Siti") və Yürqen Klopp ("Liverpul").

Qeyd edək ki, qalibin adı avqustun 25-də keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.