UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" ev oyununda 2:1 hesabı ilə "Rapid"ə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, bu nəticə sayəsində Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün aktivinə daha 0,250 xal yazdırıb. Azərbaycan bu mövsüm üzrə xal sayını 1,625-ə çatdırsa da, 29-cu pillədə qalıb. 28-ci sırada 15,375 xalla Polşa qərarlaşıb.

Qeyd edək ki, daha öncə "Qarabağ" ÇL-nin III təsnifat mərhələsində "Ferentsvaroş"la etdiyi heç-heçə sayəsində ölkəmizin xeyrinə daha 0,125 xal yazdırmışdı.