"Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçakın oğlu Olivier İsraildə klinikaların birində dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, bu barədə müdafiəçinin karyerasını davam etdirdiyi Polşanın “Visla” (Plotsk) klubunun rəsmi saytı məlumat yayıb. Jezniçakın oğlu xərçəngdən əziyyət çəkirdi.

Qeyd edək ki, polşalı oyunçu 2017-2019-cu illərdə “Qarabağ”da oynayıb.