Rusiyanın "Alanya" klubunun 1995-ci ildə qazandığı çempionluq kuboku itib.

 Offsideplus.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, artıq 3 ildir ki, kubok axtarılır. Kubokun komandanın sabiq baş məşqçisi Valeri Qazzayevdə olduğu ehtimal edilsə də, o, bundan xəbərsiz olduğunu deyib. Bundan sonra kubokun itdiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü Nazim Süleymanov "Alanya"nın 1995-ci ildə çempion olan heyətində yer alıb. O, 1991 - 1996-cı illərdə bu klubda çıxış edib.