Əfsanəvi braziliyalı futbolçu Pele Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı müraciət edib.

Offsideplus.az xəbər verir ki, Pele, Putindən müharibəni dayandırmağı xahiş edib:

“Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur”.

Pele bildirib ki, müharibə şərdir və xalqlara ağrı, qorxu və dəhşətdən başqa heç nə gətirmir.