Dünya futbolunun braziliyalı əfsanəsi Pele yenidən xəstəxanaya aparılıb.

Offsideplus.az xəbər verir ki, o, əvvəllər kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı Albert Eynşteyn xəstəxanasına aparılıb.

82 yaşlı braziliyalı sabiq futbolçu həkim nəzarətindədir. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Xatırladaq ki, bu ilin mart ayının əvvəlində Pele infeksiyaya görə müalicə olunduqdan sonra xəstəxanadan buraxılmışdı.