Dünən Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Şamaxı" - "Neftçi" matçından (1:2) sonra maraqlı anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, stadiondan çıxan azarkeşlərdən biri üzünü AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova tutaraq "tezliklə futbolun dirçəlişini eşidək, Elxan müəllim. Yığmanın uğurlarını eşidək. Görün, nə edirsiniz. Uşaq futbolu, çempionat... Biabırçılıqdır!" sözlərini işlədib. Elxan Məmmədov isə ona cavabında "inşallah, Allah qoysa" ifadəsini dilə gətirib.

Şamaxıya ezam olunmuş əməkdaşımız həmin anları lentə alıb. Videonu təqdim edirik:

Daşqın Əziz