İtaliya yığmasının iki üzvü DÇ-2022-nin pley-off mərhələsi ərəfəsində koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, milli komandanln iki üzvünün testi müsbət nəticələnib. Hər iki şəxs təcrid olunub və milli komandanın qalan üzvləri də təkrar testlərdən keçmək məcburiyyətində qalıb. 

Qeyd edək ki, İtaliya seçməsi martın 24-də DÇ-2022-nin yarımfinalının pley-off mərhələsində Şimali Makedoniya yığmasını qəbul edəcək.