Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib.

Offsideplus.az xəbər verir ki, tanınmış idman mütəxəssisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ramiz Yusif oğlu Yusifov fevralın 9-da  85 yaşında vəfat edib. 

Ramiz Yusif oğlu Yusifov 1936-cı ildə mayın 15-də Ağdam rayonunda anadan olub. 

O, 1936-cı ildə boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958-ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə beynəlxalq dərəcəli hakim, dəfələrlə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib.

Allah rəhmət eləsin!

1 1644431652