İndoneziyada faciə baş verib.

Belə ki, adıçəkilən ölkənin "Tornado" futbol klubunun qapıçısı Taufik Ramsi bədbəxt hadisə nəticəsində həlak olub.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı qolkiper "Vaqana" klubuna qarşı III divizion oyununda rəqib futbolçu ilə toqquşmadan sonra huşunu itirib.

O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib.