İtaliya yığmasının və "Udineze"nin sabiq futbolçusu Antonio Di Nataleyə silahlı hücum olub.

Offsideplus.az xəbər verir ki, veteran hücumçu evinin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

Bıçaq və tapança ilə silahlanmış 5 nəfərdən ibarət mütəşəkkil dəstə keçmiş hücumçunu qarət edib, qolundakı 30 000 avro dəyərindəki saatı götürüb.

Qeyd edək ki, Antonio Di Natale hazırda İtalyanın C Seriyasında mübarizə aparan "Karrareze" klubunun baş məşqçisidir.