Məşhur rusiyalı xizəkçi Vyaçeslav Vedenin vəfat edib.

Offsideplus.az xəbər verir ki, idmançı 80 yaşında uzun müddətdir davam edən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, dördqat dünya çempionu olan Vedenin 1972-ci il Qış Olimpiya Oyunlarında 2 qızıl və 1 bürünc medal qazanıb. O, həmçinin 1968-ci ildəki olimpiadada 2-ci yeri tutub.