Gürcüstanda seksual xarakterli zorakılıqda ittiham olunan Azərbaycan vətəndaşı Qurban Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Offsideplus.az xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Q.Əliyevin vəkili, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov müdafiə etdiyi şəxsə böhtan atıldığını bildirib. O, məhkəmə qərarından Appelyasiya Məhkəməsinə şikayət veriləcəyini deyib.

Qeyd edək ki, Q.Əliyev yeniyetmələrdən ibarət “Marneuli” futbol komandasının məşqçisidir.(report.az)