Koronavirusa yoluxmuş Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin son durumu açıqlanıb.

Offsideplus.az xəbər verir ki, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında 24 yaşlı hücumçunun vəziyyətinin yaxşı olduğunu bildirib:
“Mahirin hansısa simptomu yoxdur. Yığma komanda artıq dünən test verib, əlavə testə ehtiyac yoxdur”.
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya-Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.