AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik növbəti təyinat alıb.

Offisideplus.az xəbər verir ki, Stuxlik UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 16-da Zaqreb şəhərindəki Maksimir stadionda keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Vest Hem” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.