Müdafiəçi Kristian Romero və yarımmüdafiəçi Covanni Lo Çelso Argentina milli komandasının düşərgəsini tərk edib.

Offsideplus.az xəbər verir ki, yığmanın mətbuat xidməti hər iki oyunçu yığmadan ayrılaraq çıxış etdikləri “Tottenhem” klubuna qayıtdıqlarını açıqlayıb.
 
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya – Argentina matçının startından cəmi bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri meydana daxil olublar. Onlar Argentina millisinin İngiltərədən gələn oyunçularının – Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) – heyətdən çıxarılmasını tələb ediblər. Bu üzdən də Braziliya – Argentina oyunu yarımçıq dayandırılıb.