UEFA Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyevə yeni təyinat verib.

Offsideplus.az xəbər verir ki, o, 2022-ci il dünya çempionatının seçmə mərhələsində baş tutacaq Rusiya - Malta oyununa təyinat alıb.

Qeyd edək ki, Rusiya və Malta yığmaları arasındakı qarşılaşma sentyabrın 7-si saat 22:45-də start götürəcək.