"Arsenal"ın sabiq kapitanı Tyerri Anri Belçika millisinin məşqçi heyətində qalıcı müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, 44 yaşlı mütəxəssis 2022-ci il dünya çempionatı bitənə qədər yığmada çalışacaq. Bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə Belçika yığma komandasında köməkçi məşqçi çalışan Anri, bu ilin may ayında yenidən milliyə qayıdıb.