Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında uğur qazanmış idmançılarımızı təbrik edib.

Offsideplus.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib:

"Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram".