"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinə dəvət alıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi dünya çempionatının seçmə mərhələsində Türkiyə, Niderland və Latviyaya qarşı oyunlar üçün milliyə çağırılıb.

Qeyd edək ki, Monteneqro yığması sentyabrın 1-də Türkiyə, 4-də Niderland, 7-də isə Latviya ilə qarşılaşacaq.