Bu gün İstanbulda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində 2020-21 mövsümü üzrə ən yaxşı oyunçunun adı açıqlanacaq.

Offsideplus.az "Tuttomercatoweb" saytına istinadən xəbər verir ki, qalibin adı mətbuata sızdırılıb. Belə ki, üç namizəd arasında yer alan Jorjinyo "İlin futbolçusu" seçiləcək. Bu barədə UEFA-ya yaxın olan mənbə məlumat yayıb. 

29 yaşlı yarımmüdafiəçi "Çelsi" ilə Çempionlar Liqasını, İtaliya millisinin heyətində AVRO-2020-ni qazanıb.

Digər namizədlər Kevin De Brüyne və Nqolo Kantedir.

Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.