Gənclərdən ibarət Əfqanıstan millisinin üzvü Zəki Ənvəri ölkədən qaçmaq istəyərkən həlak olub.

 Offsideplus.az xəbər verir ki, gənc oyunçu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A nəqliyyat təyyarəsinin eniş mexanizm bölməsinə dırmaşaraq ölkədən çıxmağa cəhd edib. Daha sonra həmin bölmədə futbolçunun cəsədi aşkarlanıb.

 Bu barədə jurnalist Babək Taqvay şəxsi "Twitter" səhifəsində məlumat yayıb.