"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov məşqçi və futbolçu heyəti ilə görüş keçirib.

Offsideplus.az klubun rəsmi syatına istinadən xəbər verir ki, o, çempionatımızın ilk turunda "Qarabağ"a qarşı ev oyununda və yeni mövsümdə kollektivə uğurlar arzulayıb.

 "Komandamıza güvənirəm və mövsümün sonunda qarşıya qoyulan məqsədə çatacağımıza inanıram".

Qeyd edək ki, "Zirə" 2020/2021 mövsümünü 4-cü pillədə başa vurub.