“Qarabağ”ın prezidenti Tahir Gözəl klubu ziyarət edib.

Offsideplus.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, funksioner komandanın baş məşqçisi Qurban Qurbanov və klubun idarəçiləri ilə görüşüb. 

UEFA Konfrans Liqasın III təsnifat mərhələsinin cavab oyunu öncəsi son məşq ərəfəsində baş tutumuş görüşdə “Qarabağ”ın son avrokubok qarşılaşmaları ilə bağlı müzakirələr aparılıb.

Yeni transferlər barədə məlumat alan Tahir Gözəl, öz növbəsində yeni gələn futbolçuların tezliklə komandaya uyğunlaşacağına ümid etdiyini və komandanın gücünə güc qatacaqlarına inandığını deyib. O, “Qarabağ”ın uğurlarında pay sahibi olmuş Riçard Almeydanın qayıdışından məmnun olduğunu söyləyib və davam edən transfer çalışmaları ilə bağlı hesabatı dinləyib.

Tahir Gözəl sabah AEL-ə qarşı cavab oyununda başda Qurban Qurbanov olmaqla "Qarabağ"a uğurlar arzulayıb, həmçinin bildirib ki, belə görüşlərin bundan sonra çox olması və gələcək strategiya ilə bağlı mütəmadi müzakirələr aparılması çox vacibdir.