Avropa Super Liqasının qurucu klublarından olan "Real Madrid", "Barselona" və "Yuventus" ortaq bəyanat yayıblar.

Offsideplus.az xəbər verir ki, UEFA ASL-nin təşkili ilə bağlı məhkəməni uduzub. Bu barədə hər üç klubun mətbuat xidməti məlumat yayıb. 

Açıqlamada bildirilir: "Məhkəmənin son qərarına əsasən, UEFA-nın təhdidləri altında deyilik. Futbolun üzləşdiyi problemlərin qarşısını almalıyıq. UEFA özünü Avropa futbolunun tək sahibi olaraq görür. Bu mövqe futbola və rəqabət balansına zərər vurur. Avropa turnirlətinə qoşulan hər bir klub öz müsabiqəsini idarə etmək haqqına sahibdir".