"Neftçi"nin ÇL-nin I təsnifat mərhələsində "Dinamo" (Tbilisi) üzərində qələbəsindən sonra (cavab oyunu - 2:1, ümumi hesab - 4:2) Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın qələbəsi sayəsində ölkəmiz aktivinə 0,250 xal yazdırıb və son 5 mövsümün nəticəsinə əsasən ümumi xal sayı 13,125-ə çatıb. Bununla da, Azərbaycan UEFA reytinqində 28-ci pilləyə yenidən qayıdıb. 

Ölkəmizi 27-ci olan Qazaxıstandan 0,125 xal ayırır (13,250 xal).