AVRO-2020 və Amerika Kubokunun qalibləri olan İtaliya və Argentina milliləri yoldaşlıq matçı keçirə bilər.

Offsideplus.az "New York Times"a istinadən xəbər verir ki, yoldaşlıq oyunu əfsanəvi Dieqo Maradonanın xatirəsinə həsr olunacaq. Görüşün Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda oynanılması nəzərdə tutulub.

Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də vəfat edib.