"Arsenal"ın futbolçusu Eynsli Meytlend-Nayls dünən səhər qəza törədib.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi idarəetməni itirərək digər avtomibillə toqquşub. Onun 122 min avro dəyərində olan "Mercedes" markalı maşını çevrilib, digər avtomobilə isə ciddi ziyan dəyib. Klubun yaydığı açıqlamada, Meytlend-Naylsın durumunun yaxşı olduğu bildirilib.

Qəzadan şəkilləri təqdim edirik:

 

Screenshot 2021 07 01 104147

Screenshot 2021 07 01 104126

Screenshot 2021 07 01 104204