"Lill" klubunun futbolçusu Reynildu Mandava ölkəsi Mozambikdə silahlı hücuma məruz qalıb.

Offsideplus.az xəbər verir ki, Reynildu istirahət etdiyi ölkəsi Mozambikdə dostunun toyuna gedən zaman onun maşınını oğurlamağa çalışıblar. Cinayətkarların silahdan atəş açması nəticəsində avtomobilin pəncərələri qırılıb.

Onun durumu hazırda yaxşıdır.