"Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti Qana millisinin düşərgəsindən qovulub.

Offsideplus.az xəbər verir ki, buna 27 yaşlı futbolçunun Mərakeş millisi ilə oyundan öncə komandanın təlim-məşq toplanışına gecikməsi səbəb olub. Qana mətbuatı Partinin komandaya qoşulsa da, həvəssiz olduğunu açıqlayıb. 

Millinin vitse-kapitanının bu hərəkəti məşqçilər korpusunun narazılığı ilə nəticələnib və yığmadan kənarlaşdırılıb. O, Mərakeş və Fil dişi sahili yığmaları ilə yoldaşlıq oyunlarını buraxacaq.