UEFA-nın prezidenti Aleksandr Çeferin  Andrea Anyelli barədə sərt danışıb.

Offsideplus.az "So Foot"a istinadən xəbər verir ki, Çeferin Avropa Super Liqası məsələsinə görə "Yuventus"un prezidentinə hələ də əsəbidir. 

"Andrea Anyelli deyə bir adam tanımıram. Mənim gözümdə bu insan artıq yoxdur. Dost olduğumuzu düşünürdüm, amma son günün son dəqiqəsinə qədər üzümə yalan dedi. Məni aldatmışdı ki, narahat olmağa bir şey yoxdur. Amma Super Liqanın yaradılması üçün bütün müqavilələrə imza atmışdı".