Azərbaycanlı FIFA referisi İnqilab Məmmədova yeni təyinat verilib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakim çimərlik futbolu üzrə dünya çempionatının Avropa seçmə mərhələsinin oyunlarına təyinat alıb.

Qarşılaşmalar 17 - 27 iyunda Portuqaliyanın Nazare şəhərində baş tutacaq.