"Barselona"nın yeni transferi Serxio Aquero argentinalı komanda yoldaşı Lionel Messi barədə açıqlamalar verib. 

Offsideplus.az xəbər verir ki, 32 yaşlı forvard Leonun gələn mövsüm Kataloniya təmsilçisində qalacağını deyib: "Bəli, məncə, Leo Messi gələn mövsüm "Barselona"da qalacaq. Ümid edirəm ki, burda onunla birgə oynaya bilərəm. Onu yaxşı tanıyıram, yaxın dostlarıq".

Qeyd edək ki, Aqueronu azad agent kimi heyətinə qatan "Barselona", futbolçu ilə 2023-cü ilədək müqavilə bağlayıb.