Fernando Alkaras Bernal adlı ispaniyalı hakim oyundan əvvəl vəfat edib.

Offsideplus.az Mursiya Regional Futbol Federasiyasının sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 19 yaşlı referi isinmə hərəkətləri zamanı huşunu itirib və dərhal stadionda olan defibrillyatorla ilkin yardım göstərilib.

Hadisə yerinə təcili yardım briqadası gəlsə də, referinin həyatını xilas etmək mümkün olmayıb.