Canluici Donnarumma karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, 22 yaşlı qapıçı ilə "Barselona" maraqlanır. Katalonlar "Milan"la sözləşməsi gələn ay başa çatacaq qolkiperi heyətinə qatmaqda israrlıdır. Hətta buna görə Donnarummaya illik 10 milyon avro təklif etməyə hazırdırlar.

Qeyd edək ki, "Milan"ın yetirməsi olan Canluici 2015-ci ildən bu yana qırmızı-qara formada 200-dən çox oyunda meydana çıxıb.