7 nəfər əfsanəvi futbolçu Dieqo Maradonanın öldürülməsində günahlandırılaraq saxlanılıb.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, bu şəxslər ötən ilin noyabrında Maradonanın ölümündən əvvəl ona baş çəkən həkimlərdir. Prokurorluq tibbi komissiyanın hesabatının alınmasından sonra onların hamısını güman olunan ölümdə ittiham etməyə qərar verib.

Saxlanılanları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir. 

Qeyd edək ki, Dieqo Maradona ötən ilin noyabrın 25-də dünyasını dəyişmişdi.