Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Offsideplus.az xəbər verir ki, UWW-nin prezidenti Azad Rəhimovun dünyasını dəyişməsi xəbərini böyük kədərlə qarşıladığını bildirərək, mərhumun ailə üzvlərinə və yaxınlarına, o cümlədən Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Azad Rəhimov dünən xeyli vaxtdır müalicə aldığı ABŞ-da dünyasını dəyişib.